XƏBƏRLƏR / İdman

"Bakı–Xankəndi" velosiped yarışının II mərhələsi başa çatıb

YENİLƏNİB

"Bakı–Xankəndi" velosiped yarışının II mərhələsi başa çatıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 13:18

    "Bakı–Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının ikinci mərhələsi başa çatıb.

    Velosipedçilər bu etapda “Sea Breeze”dən İsmayıllıya qədər 193,3 kilometr məsafə qət ediblər.

    Finişə Qazaxıstanın "XTS Astana" komandasının üzvü Yevgeni Fyodorov birinci çatıb.

    İkinci yarış günü daha çətin profili ilə seçilməklə - 3 dağ yoxuşu və 2 sprint təsnifatını özündə birləşdirib.

    Ötən gün I mərhələdə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci yeri tutub.

    Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

    ***

    08:17

    Bu gün "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsi keçiriləcək.

    II mərhələ 193,2 kilometr məsafəni əhatə edəcək.

    Bakıda start götürəcək bugünkü tur Şamaxıdan keçməklə İsmayıllıda yekunlaşacaq.

    Ötən gün ilk mərhələdə finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb.

    Yarışın məqsədi ölkədə velosiped idmanının inkişafına töhfə vermək, Azərbaycanın beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini bir daha nümayiş etdirmək və işğaldan azad olunmuş ərazilərə diqqəti artırmaqdır.

    Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

    Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq.