Azərbaycan yığması son oyununda böyük hesabla məğlub oldu
Oyun UEFA Millətlər Liqası çərçivəsində keçirilib
01:40
Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində İsveçə böyük hesabla məğlub olub.
İsveçdə keçirilən matçda komanda C Liqasının I qrupunun son matçında 0:6 hesabı ilə uduzub.
"Stroberri Arena"da baş tutan qarşılaşmada Kulusevski (10, 57) dubl edib. Dyekereş (26,37, 58, 70) isə poker müəllifi olub.
Qeyd edək ki, bu nəticənin ardından C Liqasını 1 xalla sonuncu sırada başa vuran Fernandu Santuşun rəhbərlik etdiyi yığma D Liqasına yuvarlanıb.
***
19.11.2024-cü il
09:14
Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulacaq.
VI turun son oyun günündə 9 qarşılaşma keçiriləcək.
A Liqasının 3-cü qrupunda Niderland millisi Bosniya və Herseqovinanın, Almaniya yığması Macarıstanın qonağı olacaq. B Liqasının 4-cü qrupunda yer alan Türkiyə seçməsi səfərdə Monteneqro ilə qarşılaşacaq. “Ay-ulduzlular” A Liqasına yüksəlmək üçün qələbə qazanmalıdır. Hətta bərabərlik də Vinçentso Montellonun komandasına kifayət edə bilər. Amma bunun üçün Uels millisi İslandiya ilə ev görüşündə xal itirməlidir.
Azərbaycan millisinin çıxış etdiyi C Liqasının 1-ci qrupunda da 2 oyun keçiriləcək. Yığmamız səfərdə İsveçlə, Slovakiya isə doğma meydanda Estoniya ilə üz-üzə gələcək.
UEFA Millətlər Liqası, VI tur
19 noyabr
A Liqası
3-cü qrup
23:45. Bosniya və Herseqovina - Niderland
23:45. Macarıstan - Almaniya
B Liqası
1-ci qrup
23:45. Çexiya - Gürcüstan
23:45. Albaniya - Ukrayna
4-cü qrup
23:45. Monteneqro - Türkiyə
23:45. Uels - İslandiya
C Liqası
1-ci qrup
23:45. Slovakiya - Estoniya
23:45. İsveç - Azərbaycan
D Liqası
2-ci qrup
23:45. Malta - Andorra
Qeyd edək ki, noyabrın 22-də UEFA Millətlər Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Tədbir İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.