XƏBƏRLƏR / İdman

Azərbaycan – Fransa oyununun hakimləri Latviyadan olacaq

Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:00-da başlayacaq

Azərbaycan – Fransa oyununun hakimləri Latviyadan olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan milli komandasının noyabrın 16-da Fransa yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.

    Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşün baş hakimi latviyalı Andris Treimanis olacaq.

    Ona Haralds Qudermanis və Aleksey Spasennikovs kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitalis Spasonnikovs yerinə yetirəcək.

    VAR-da niderlandlı Kley Ruperti, köməkçisi isə latviyalı Kristaps Ratnieks olacaq.

    Qeyd edək ki, qarşılaşma saat 21:00-da başlayacaq.