XƏBƏRLƏR / İdman

Güləşçimiz erməniyə qalib gəlib finala yüksəldi

Rəqibinə 5:1 hesabı ilə qalib gələn Azərbaycan idmançısı adını finala yazdırıb

Güləşçimiz erməniyə qalib gəlib finala yüksəldi
Taleh Məmmədov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın Yunan-Roma güləşçisi Taleh Məmmədov Xorvatiyada davam edən Avropa çempionatında finala yüksəlib. 63 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda erməni güləşçi Qraçya Poqosyanı sınağa çəkib.

    Taleh Məmmədov indiyədək iki dəfə məğlub etdiyi erməni güləşçiyə yenə öz gücünü göstərib. Rəqibinə 5:1 hesabı ilə qalib gələn Azərbaycan idmançısı adını finala yazdırıb.

    O, qızıl medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Leri Abuladze ilə üz-üzə gələcək.