XƏBƏRLƏR / İdman

"Qarabağ" səfərdə "Turan Tovuz"u məğlub edib

Ağdam təmsilçisi 67 xalla liderdir

"Qarabağ" səfərdə "Turan Tovuz"u məğlub edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 21:40

    Misli Premyer Liqasında 18-ci tura start verilib.

    Açılış oyununda son çempion "Qarabağ" səfərdə "Turan Tovuz"la qarşılaşıb.

    Matçı qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

    Ağdam klubu 67 xalla turnir cədvəlinə başçılıq edir. Tovuz təmsilçisi isə 43 xalla dördüncü pillədə qərarlaşıb.

    Qeyd edək ki, tur martın 30-da başa çatacaq.

    ***

    09:13

    "Qarabağ" Misli Premyer Liqasında bu gün səfərdə "Turan Tovuz"la üz-üzə gələcək.

    IV dövrənin və XXVIII turun açılış oyunu saat 19:30-da start götürəcək.

    Matçı Cavid Cəlilovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Ağdam təmsilçisi 27 turdan sonra 64 xalla liderdir. Tovuz klubu 43 xalla dördüncü pillədə qərarlaşıb.

    Misli Premyer Liqası, IV dövrə

    XXVIII tur

    19:30. “Turan Tovuz” – “Qarabağ”
    Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev
    VAR: Rauf Allahverdiyev
    AVAR: Kamran Bayramov
    Hakim-inspektor: Vüsal Əliyev
    AFFA nümayəndəsi: Elman Musayev
    Tovuz şəhər stadionu

    Qeyd edək ki, XXVIII tura martın 30-da yekun vurulacaq.