XƏBƏRLƏR / İdman

Azərbaycan millisi bu gün Belarusla üz-üzə gələcək

Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv martın 22-də Haiti ilə keçirdiyi yoldaşlıq matçında məğlub olub - 0:3.

Azərbaycan millisi bu gün Belarusla üz-üzə gələcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün futbol üzrə Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusla üz-üzə gələcək.

    Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq görüşün start fiti saat 21:45-də səsləndiriləcək.

    Qarşılaşmanın baş hakimi gürcüstanlı Aleko Aptsiauri olacaq. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

    Yoldaşlıq matçı

    25 mart

    21:45. Azərbaycan - Belarus

    Hakimlər: Aleko Aptsiauri, Davit Axvlediani, Davit Qabisonia (Gürcüstan).

    Dördüncü hakim: Tural Qurbanov (Azərbaycan).

    “Bank Respublika Arena”

    Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv martın 22-də Haiti ilə keçirdiyi yoldaşlıq matçında məğlub olub - 0:3.

    Yeri gəlmişkən, Şahrudin Məhəmmədəliyev Azərbaycan millisinin heyətindən çıxarılıb.

    AFFA-nın mətbuat xidməti xəbər verir ki, buna qapıçının zədələnməsi səbəb olub.

    Onun əvəzinə “Səbail”in üzvü Əlirza Müştəbazadə milliyə dəvət alıb.

    Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda bu gün Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək. “Bank Respublika Arena”da təşkil olunacaq oyun saat 21:45-də başlayacaq.