XƏBƏRLƏR / İdman

Paris-2024:Azərbaycan avarçəkəni yarışı 17-ci sırada bitirib

C finalında mübarizə aparan Diana Dımçenko fərdi yarışda qüvvəsini sınayıb

Paris-2024:Azərbaycan avarçəkəni yarışı 17-ci sırada bitirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

    C finalında mübarizə aparan idmançı fərdi yarışda qüvvəsini sınayıb.

    O, bu gün 2000 məsafəni 7 dəqiqə 35,19 saniyəyə qət edərək ümumi sıralamanı 17-ci yerdə bitirib.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.