XƏBƏRLƏR / İdman

FIFA ilin ən yaxşılarını açıqlayıb YENİLƏNİB

“Qarabağ”ın futbolçusu səsvermədə ikinci olub

FIFA ilin ən yaxşılarını açıqlayıb YENİLƏNİB
Vinisius Junior
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 11:27

    "Puşkaş mükafatı"na namizəd futbolçular arasında yer almış “Qarabağ”ın futbolçusu Yassin Benzia ikinci olub.

    Buna FIFA-nın Qətərin paytaxtı Doha şəhərində təşkil etdiyi tədbirdə aydınlıq gəlib. Yarımmüdafiəçi 11 qol müəllifi arasından reallaşan səsvermədə ikinci yerə layiq görülüb. 30 yaşlı oyunçu İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Alexandro Qarnaçodan 4 səs geri qalıb.

    Əlcəzairli oyunçunun milli komandasının Cənubi Afrika Respublikasının qapısına vurduğu qol ilin ən yaxşısı seçilməyə namizədlər sırasında yer almışdı.

    Qeyd edək ki, Yassin Benzia bu mövsüm “Qarabağ”ın heyətində 27 matçda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

    ***

    08:25

    Buna Qətərin paytaxtı Doha şəhərində baş tutan tədbirdə aydınlıq gəlib.

    İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Alexandro Qarnaço "Puşkaş" mükafatına layiq görülüb. O, "Everton"la matça vurduğu qol görə fərqləndirilib.

    Ən yaxşı futbolçuya təqdim olunan "The Best" mükafatına isə "Real Madrid"in üzvü Vinisius Junior sahib çıxıb. Madrid klubunun çalışdırıcısı Karlo Ançelotti isə ən yaxşı baş məşqçi seçilib.

    Argentina millisinin və İngiltərənin "Aston Villa" komandasının qapıçısı Emiliano Martines də hər kəsi qabaqlayıb.

    İlin rəmzi yığması

    Qapıçı: Emiliano Martines ("Aston Villa", Argentina);

    Müdafiəçilər: Dani Karvahal ("Real Madrid", İspaniya), Ruben Diaş ("Mançester Siti", Portuqaliya), Vilyam Saliba ("Arsenal", Fransa), Antonio Rudiger ("Real Madrid", Almaniya);

    Yarımmüdafiəçilər: Rodri ("Mançester Siti", İspaniya), Toni Kroos ( karyerasını bitirib, Almaniya), Cud Bellinqem ("Real Madrid", İngiltərə);

    Hücumçular: Lamin Yamal ("Barselona", İspaniya), Erlinq Haland ("Mançester Siti", Norveç), Vinisius Junior ("Real Madrid", Braziliya).