“Əziz Şuşa” beynəlxalq veloyürüşünün 2-ci mərhələsi başlayıb
İdmançılar Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət edəcəklər
“Əziz Şuşa” beynəlxalq veloyürüşünün ikinci mərhələsinə start verilib
Veloyürüşün ikinci mərhələsi Qəbələ şəhər icra hakimiyyətinin binasından start götürüb.
İdmançılar Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət edəcəklər.
Şamaxıda 150 km məsafə qət edərək finişə çatan birinci mərhələnin qalibi Bolqarıstan millisinin üzvü Martin Papanov olub.