Qadın güləşçimiz Avropa ikincisi oldu
57 kiloqram çəki dərəcəsində yarışan idmançı qızıl medal uğrunda qarşılaşmada ukraynalı Alina Akobyan ilə qarşılaşmışdı
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında final görüşünə çıxıb. 57 kiloqram çəki dərəcəsində yarışan idmançı qızıl medal uğrunda qarşılaşmada ukraynalı Alina Akobiia ilə qarşılaşıb.
Rəqibinə məğlub olan Jalə Əliyeva Avropa ikincisi olub. 53 kiloqramda mübarizə aparan Türkan Nəsirova isə bürünc medal görüşündə türkiyəli Zeynep Yetgilə məğlub olaraq 5-ci yeri tutub.