XƏBƏRLƏR / İdman

Dünyanın ən bahalı on qapıçısı

İlk üç pillədə 45 milyon avro ilə D.Koşta, C.Donnarumma, M.Menyan və T.Kurtua qərarlaşıb

Dünyanın ən bahalı on qapıçısı
Dioqu Koşta
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Futbol üzrə dünyanın ən bahalı qapıçıları müəyyənləşib.

    “Transfermarket” portalının tərtib etdiyi siyahıda on qolkiperin adı yer alıb.

    İlk üç pillədə Dioqu Koşta (“Portu”), Canluici Donnarumma (PSJ), Mayk Menyan (“Milan”) və Tibo Kurtua (“Real Madrid”) qərarlaşıb. Portal onların hər birinin dəyərini 45 milyon avro qiymətləndirib.

    Növbəti sıralarda isə müvafiq olaraq Ederson (“Mançester Siti”, 40 milyon avro), Andre Onana (“Mançester Yunayted”, 40 milyon avro), Qreqor Kobel (“Borussiya” Dortmund, 35 milyon avro), Yan Oblak (“Atletiko”, 35 milyon avro), Alisson (“Liverpul”, 35 milyon avro), Mark-Andre ter Ştegen (“Barselona”, 35 milyon avro) yer alıblar.