XƏBƏRLƏR / İdman

"Qarabağ" Kevin Medina ilə yolları ayırdığını açıqlayıb

Bu barədə klubun sosial şəbəkə hesabında paylaşım edilib

"Qarabağ" Kevin Medina ilə yolları ayırdığını açıqlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Qarabağ" komandası futbolçusu Kevin Medina ilə yolları ayırdığını açıqlayıb.

    Bu barədə klubun sosial şəbəkə hesabında paylaşım edilib.

    Kevin Medinanın Asiya klublarından biri ilə anlaşdığı bildirilir.

    Qeyd edək ki, Medina yay transfer dönəmində "Qarabağ"ı tərk edən 5-ci futbolçu olub. Ona qədər Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yollar ayrılıb.