XƏBƏRLƏR / İdman

Dünya Köçəri Oyunlarında növbəti medal

Ağani Məmmədov bürünc medal qazanıb

Dünya Köçəri Oyunlarında növbəti medal
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın daha bir idmançısı Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya Köçəri Oyunlarında fəxri kürsüyə qalxıb.

    Aba güləşi yarışında mübarizə aparan Ağani Məmmədov (90 kiloqram) bürünc medal qazanıb.

    Qeyd edək ki, sentyabrın 13-dək davam edəcək yarışlarda Azərbaycan 8 növdə 54 idmançı ilə təmsil olunur.