XƏBƏRLƏR / İdman

Neftçi" evdə "Qarabağ"a məğlub olub

Futbol üzrə Azərbaycan Premyer Liqasında dövrənin sonuncu - IX turunun son oyunu keçirilib

Neftçi" evdə "Qarabağ"a məğlub olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Günün mərkəzi matçında "Qarabağ" "Neftçi"nin qonağı olub.

    Qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Komandanın ilk qolunu 46-cı dəqiqədə Juninyo vurub. 88-ci dəqiqədə isə Redon Cica fərqlənib.

    Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran "köhlən atlar" birinci pilləyə yüksəlib. "Ağ-qaralar" isə 12 xalla beşinci sırada qərarlaşıb.

    Qeyd edək ki, günün ilk görüşündə "Sumqayıt" "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib. IX turun digər matçlarında "Zirə" "Turan Tovuz"a (2:1), "Səbail" "Qəbələ"yə (1:0) qalib gəlib. "Sabah" - "Araz-Naxçıvan" (1-1) qarşılaşmasında isə qalib müəyyənləşməyib.