Bu gün Bakıda millimiz Lixtenşteyn yığması ilə görüşəcək
Lixtenşteynlə oyun ərəfəsində Azərbaycan komandasının heyətindən yeddi oyunçu kənarda qalıb
Azərbaycan milli futbol komandasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D2 qrupunda Lixtenşteynlə Bakıda keçiriləcək oyun üçün heyətini açıqlayıb.
Azerisport.com saytı xəbər verir ki, 23 nəfərlik heyətdən yeddi oyunçu kənarda qalıb: Bədəvi Hüseynov, Rahil Məmmədov, Rəhman Daşdəmirov, Mustafa Əhmədzadə, Fərid Yusifli, Ceyhun Nuriyev və Renat Dadaşov.
Dadaşov zədə səbəbindən oyunu buraxacaq.
Azərbaycan - Lixtenşteyn matçı bu gün Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 20:00-da başlayacaq.
1 dəqiqədən az