“Qarabağ” azarkeşlərinə görə cərimələnib
Ağdam klubunun azarkeşləri “Araz-Naxçıvan”la görüşdə (5:1) pirotexniki vasitədən istifadə etmişdilər
AFFA İntizam Komitəsi “Qarabağ”ı cərimələyib.
Buna Ağdam klubunun azarkeşlərinin Misli Premyer Liqasının XV turunda “Araz-Naxçıvan”la görüşdə (5:1) pirotexniki vasitədən istifadə etməsi səbəb olub.
“Qarabağ” fanatların davranışına görə 3000 manat cərimə ödəyəcək.
“Araz-Naxçıvan” isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.
1 dəqiqədən az