III MDB Oyunlarında iştirak üçün İrəvana dəvət göndərilib
III MDB Oyunları Azərbaycanda keçiriləcək

Ermənistanın Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirakı qeyri-müəyyən olaraq qalır.
Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təhlükəsizlik və əməliyyatlar üzrə rəhbəri Aygül Ağayeva bildirib.
O, yarışa həsr olunmuş mətbuat konfransında jurnalistlərin sualını belə cavablandırıb: “Biz ölkələrə dəvətnamə göndəririk. Ancaq Ermənistanın iştirakı hələ ki təsdiqlənməyib. Növbəti mərhələlərdə yenilik olarsa, bu barədə məlumat veriləcək”.
Qeyd edək ki, Oyunların açılış və bağlanış mərasimi Gəncə şəhər stadionunda baş tutacaq.