XƏBƏRLƏR / İdman

"Neftçi" - "Sabah" oyununa giriş biletsiz olacaq

Bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb

"Neftçi" - "Sabah" oyununa giriş biletsiz olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçiriləcək “Neftçi” – “Sabah” oyununa giriş sərbəst olacaq.

    Bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

    Avqustun 18-də, saat 20:30-da “Liv Bona Dea Arena”da (Mərdəkan) baş tutacaq oyunu izləmək istəyən azarkeşlər bilet almadan tribunalarda yer tuta biləcəklər.

    Qeyd edək ki, “Neftçi Arena”nın ot örtüyünün yararsız hala düşməsi səbəbindən "Neftçi" - "Sabah" görüşünün yeri dəyişdirilib.