"Bayer" "Qarabağ"ın azarkeşlərinə 1800 bilet ayırıb
Qeyd edək ki, “Bayer” ilə “Qarabağ” arasında cavab görüşü martın 14-də Leverkuzendə keçiriləcək
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçında Almaniyada "Bayer"in qonağı olacaq "Qarabağ"a 1800 bilet ayrılıb.
Bu barədə Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.
Qeyd edək ki, “Bayer” ilə “Qarabağ” arasında cavab görüşü martın 14-də Leverkuzendə keçiriləcək. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.