XƏBƏRLƏR / İdman

Premyer Liqa: "Araz-Naxçıvan" "Sumqayıt"ı məğlub edib

"Neftçi" "Şamaxı"nı məğlub edib YENİLƏNİB

Premyer Liqa: "Araz-Naxçıvan" "Sumqayıt"ı məğlub edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 20:15

    Misli Premyer Liqasında XXIX tura yekun vurulub.

    Sonuncu oyunda "Araz-Naxçıvan" "Sumqayıt"la üz-üzə gəlib.

    Qarşılaşma Naxçıvan klubunun qələbəsi ilə yekunlaşıb - 2:0. 20-ci dəqiqədə Ramon Maçado penaltini dəqiq yerinə yetirib. 65-ci dəqiqədə İqor Ribeyro fərqlənib. Bu nəticədən sonra xallarının sayını 51-ə çatdıran "Araz-Naxçıvan" üçüncü pillədə qərarlaşıb. Yeddinci sıradakı "Sumqayıt"ın 29 xalı var.

    Günün ilk görüşündə "Neftçi" səfərdə "Sumqayıt"ı iki cavabsız qolla üstələyib.

    Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" səfərdə "Sabah"ı, "Qarabağ" evdə "Zirə"ni 1:0 hesabı ilə üstələyib. "Səbail" - "Turan Tovuz" matçında hesab açılmayıb

    ***

    17:28

    "Neftçi" Misli Premyer Liqasının XXIX turunda "Şamaxı"nı məğlub edib.

    Şamaxı şəhər stadionunda gerçəkləşən qarşılaşma paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Görüşdə ilk qolu 42-ci dəqiqədə penaltidən Ramil Şeydayev vurub. 89-cu dəqiqədə isə Filip Ozobiç fərqi iki topa çatdırıb.

    Xallarının sayını 35-ə çatdıran "ağ-qaralar" altıncı pillədə qərarlaşıb. Meydan sahibləri 28 xalla səkkizincidir.

    Tura bu gün, saat 18:00-da başlanacaq "Araz-Naxçıvan" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.

    Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" səfərdə "Sabah"ı, "Qarabağ" evdə "Zirə"ni 1:0 hesabı ilə üstələyib. "Səbail" - "Turan Tovuz" matçında hesab açılmayıb.