XƏBƏRLƏR / İdman

“Paris-2024”də iştirak etmiş nümayəndə heyəti üçün qala

Bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb

“Paris-2024”də iştirak etmiş nümayəndə heyəti üçün qala
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • XXXIII Yay Olimpiya Oyunlarında ölkəmizi uğurla təmsil etmiş Olimpiya komandamızın şərəfinə qala gecəsi təşkil edilib.

    Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə “Paris-2024”də iştirak etmiş Azərbaycan idman nümayəndə heyətinin üzvləri iştirak ediblər.

    Qala gecəsində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və gənclər və idman naziri Fərid Qayıbov idmançılarımızı bir daha uğurlu çıxışları münasibətilə təbrik ediblər.

    Sonra F.Qayıbov XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və ölkə idmanının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edilmiş olimpiyaçılarımızın məşqçilərinə dövlət mükafatlarını təqdim edib və onlara uğurlar arzulayıb.