XƏBƏRLƏR / İdman

Türkiyə millisi İrəvanda 3 qol vurdu, birini öz qapısına

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistan Türkiyəyə 1:2 uduzdu

Türkiyə millisi İrəvanda 3 qol vurdu, birini öz qapısına
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İrəvanda 2024-cü il futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistan və Türkiyə yığmaları arasında oyun keçirilib.


    Görüş 2:1 hesabı ilə Türkiyə millisinin xeyrinə başa çatıb. 10-cu dəqiqədə Ozan Kabak topu öz qapısına göndərdi və ermənilər hesabda önə keçdi.

    34-cü dəqiqədə Orkun Kekcü dəqiq zərbə ilə tarazlığı bərpa edib. Türkiyə millisinin isə 63-cü dəqiqədə qələbəsini təkbətək çıxışdan istifadə edən Kərəm Aktürkoğlu gətirib.

    Türkiyə və Ermənistan Xorvatiya, Latviya və Uelslə birlikdə D qrupunda yer alıb.

    Türkiyə və Ermənistan milliləri arasında cavab oyunu sentyabrın 8-də baş tutacaq.