XƏBƏRLƏR / İdman

Paris-2024: Bu gün Azərbaycanın iki idmançısı çıxış edicək

Bu gün basketbol millimiz də yarışacaq

Paris-2024: Bu gün Azərbaycanın iki idmançısı çıxış edicək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Azərbaycanın iki idmançısı və qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.

    İlk olaraq avarçəkənimiz Diana Dımçenko mübarizəyə start verəcək.

    Təmsilçimiz C finalında 13-18-ci yerlər uğrunda mübarizə aparacaq.

    Daha sonra Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə sərbəst üsulla üzmək üzrə təsnifat mərhələsinə qatılacaq.

    Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi 7-ci matçında Kanada ilə üz-üzə gələcək. Bununla da Ratomir Deliçin yetirmələri qrupdakı görüşlərini başa vuracaq.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.