XƏBƏRLƏR / İdman

"Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) siyahı açıqlayıb

"Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib.

    Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.

    171 xalı olan Azərbaycan çempionu 96-cı sıradan 82-ci yerə qalxıb. "Köhlən atlar" ötən ay 38 pillə irəliləmişdi.

    "Sabah" (81 xal) 302-ci mövqedən 296-ya yüksəlib.

    "Araz-Naxçıvan" (66.5) 355-dən 391-ə, "Zirə" (65.5) isə 380-dən 407-yə düşüb.

    Qeyd edək ki, 501 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 537 xalla liderdir.