XƏBƏRLƏR / İdman

Sloveniya və Danimarka heç-heçə etdi

1:1

Sloveniya və Danimarka heç-heçə etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyun keçirilib.

    C qrupunda Sloveniya və Danimarka yığmaları üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

    Hesabı 17-ci dəqiqədə Danimarkanın heyətində Kristian Eriksen açıb. Sloveniyanın topunu isə 77-ci dəqiqədə Erik Yanza vurub.

    C qrupunun ikinci oyunu İngiltərə və Serbiya arasında olacaq. Görüş 23:00-da başlayacaq. 

    Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.