XƏBƏRLƏR / İdman

“Qarabağ” bu gün Çempionlar Liqasında cavab oyununa çıxır

Ağdamlılar Bakıda Cəbəllütariqin “Linkoln”u ilə üz-üzə gələcək

“Qarabağ” bu gün Çempionlar Liqasında cavab oyununa çıxır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. 

    Azərbaycan çempionu “Qarabağ” da meydanında Bakıda Cəbəllütariq “Linkoln”u ilə üz-üzə gələcək. 

    Qarşılaşma 20:00-da start götürəcək. İlk görüşdə Qurban Qurbanovun komandası səfərdə 2:0 hesablı qələbə qazanıb. 

    Qeyd edək ki, mərhələ adlayacaq tərəf üçüncü turda “Ludoqorest” (Bolqarıstan) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. Bu iki cütün məğlubları isə UEFA Avropa Liqasında üz-üzə gələcəklər. 

    UEFA Çempionlar Liqası

    II təsnifat mərhələsi, cavab oyunu

    30 iyul

    20:00. “Qarabağ” (Azərbaycan) - “Linkoln” (Cəbəllütariq)

    Baş hakim: Yakob Sandberq (Danimarka)

    Tofiq Bəhramov adına Respublika stadionu 

    İlk oyun - 2:0