XƏBƏRLƏR / İdman

Məmmədyarov və Rəcəbovun klubları Londonda liderlik edir

İngiıltərənin paytaxtında Qlobal Şahmat Liqasının yarışları keçirilir

Məmmədyarov və Rəcəbovun klubları Londonda liderlik edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Londonda keçirilən Qlobal Şahmat Liqasında azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun klubları liderlik edir.

    Birinci turdan sonra Məmmədyarovun rəhbərlik etdiyi “Alaskan Knights” klubu 15 xalla birinci yeri tutur. İkinci yerdə 10 xalla Rəcəbovun “Triveni Kinqs” klubu qərarlaşıb.

    Beşinci raundda Məmmədyarovun komandası dünya reytinqinin lideri Maqnus Karlsenin rəhbərlik etdiyi “Alpine Pipers”ə (3,5:2,5) qalib gəlib. "Triveni Kinqs" isə "Mumba Masters"-ı məğlub etdi (3,5:2,5), Rəcəbov bu görüşdə rusiyalı Peter Svidlerlə heç-heçə oynayıb.

    Xatırladaq ki, İan Nepomnyaççi (Rusiya) Rəcəbovun klubunda çıxış etməli idi, lakin ingilislər ona viza verməyiblər.