XƏBƏRLƏR / İdman

Azərbaycandan Serbiyadakı dünya çempionatına 6 boksçu gedir

Mundial martın 8-dən 16-dək keçiriləcək

Azərbaycandan Serbiyadakı dünya çempionatına 6 boksçu gedir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanı Serbiyanın Niş şəhərində qadın boksçular arasında keçiriləcək dünya çempionatında 6 idmançı təmsil edəcək.

    Boks Federasiyasının mətbuat xidməti xəbər verir ki, yığmanın baş məşqçisi İlkin Ağayev yarışda Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq), Emili Rzayeva (70 kq) və Aynur Rzayevaya (+81 kq) şans verəcək.

    Mundial martın 8-dən 16-dək keçiriləcək.

    Qeyd edək ki, yarışa bu gün yollanan millimiz martın 17-də Bakıya qayıdacaq.