XƏBƏRLƏR / İdman

"Qarabağ"ın "Ludoqorets"lə oyunlarının vaxtı dəqiqləşib

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində ağdamlılar Bolqarıstan klubu ilə görüşəcəklər

"Qarabağ"ın "Ludoqorets"lə oyunlarının vaxtı dəqiqləşib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın "Ludoqorets" klubu ilə oyunlarının vaxtı dəqiqləşib.

    "Köhlən atlar"ın mətbuat xidməti xəbər verir ki, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionundakı ilk matç saat 20:00-da start götürəcək.

    Səfərdəki cavab görüşü avqustun 13-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

    Qeyd edək ki, Azərbaycan çempionu əvvəlki raundda Cəbəllütariqin "Linkoln" komandasını, rəqib isə Belarusun "Dinamo" (Minsk) kollektivini mübarizədən kənarlaşdırıb.