XƏBƏRLƏR / İdman

Paris-2024: Azərbaycanın paraüzgüçüsü finala yüksələ bilmədi

Raman Saley 50 metr məsafəyə sərbəst üsulla üzməkdə mübarizə aparıb

Paris-2024: Azərbaycanın paraüzgüçüsü finala yüksələ bilmədi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın paraüzgüçüsü Raman Saley Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksələ bilməyib.

    O, 50 metr məsafəyə sərbəst üsulla üzməkdə mübarizə aparıb.

    S12 kateqoriyasında yer alan Saley 24,39 saniyə ilə 9-cu olub. İdmançı ilk "8-liy"ə düşə bilmədiyi üçün finala vəsiqə qazanmayıb.

    Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal var. Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş mükafat əldə edib. Daha əvvəl isə Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medala sahib çıxıb.