XƏBƏRLƏR / İdman

Azərbaycan millisi bu gün Belçika yığmasını qəbul edəcək

AVRO-2024-ün seçmə mərhələsində növbəti oyun keçirilir

Azərbaycan millisi bu gün Belçika yığmasını qəbul edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan futbol millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxacaq.

    Yığma V tur çərçivəsində Belçika ilə üz-üzə gələcək.

    Qrupun favoriti ilə qarşılaşma “Dalğa Arena”da baş tutacaq. İlk üç oyununda hesabına cəmi 1 xal yazdıran Canni De Byazinin kollektivinin şansı o qədər də yüksək qiymətləndirilmir. FİFA reytinqində 5-ci pillədə qərarlaşan belçikalılar Bakıya kifayət qədər ciddi itkilərlə gəlmələrinə baxmayaraq, oyunun favoriti hesab olunurlar.

    Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 12-də eyni stadionda İordaniya seçməsi ilə yoldaşlıq görüşü keçirəcək.

    AVRO-2024-ün seçmə mərhələsi
    V tur
    F qrupu
    17:00. Azərbaycan – Belçika

    Baş hakim: Nenad Minakoviç (Serbiya)
    Bakı, “Dalğa Arena”

    Xal durumu: Avstriya - 10 (4 oyun), Belçika - 7 (3), Estoniya - 1 (3), Azərbaycan - 1 (3)