Bu gün Azərbaycan Premyer Liqasında iki oyun olacaq
Tovuzda yerli “Turan" “Neftçi” ilə üz-üzə gələcək, günün ikinci görüşündə “Sabah” “Səbail”in qonağı olacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha iki oyunu keçiriləcək.
Tovuzda yerli “Turan" “Neftçi” ilə üz-üzə gələcək.
Günün ikinci görüşündə “Sabah” “Səbail”in qonağı olacaq.
24 fevral (şənbə)
15:00. “Turan Tovuz” - “Neftçi”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Azər Əsgərov
Tovuz şəhər stadionu
17:30. “Səbail” - “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Cabarov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASCO Arena”
Qeyd edək ki, XXIV turun "Araz-Naxçıvan" - "Zirə" və "Qarabağ" - "Sumqayıt" matçları fevralın 25-də olacaq.