XƏBƏRLƏR / İdman

Abdulla Zubir "Qarabağ"dan ayrılıb

35 yaşlı futbolçu ilə müqavilə yenilənməyib

Abdulla Zubir "Qarabağ"dan ayrılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Abdulla Zubir "Qarabağ"dan ayrılıb.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    35 yaşlı futbolçu ilə müqavilə yenilənməyib.

    Qeyd edək ki, A.Zubir 2018-ci ildən "Qarabağ"ın formasını geyinirdi.

    Zubir "köhlən atlar"da keçirdiyi müddətdə 368 matçda 78 qol vurub. O, komandanın heyətində 6 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. Zubir "Qarabağ” ın heyətində 1 dəfə UEFA Çempionlar Liqasının, 4 dəfə UEFA Avropa Liqasının, 1 dəfə UEFA Konfrans Liqasının əsas mərhələsində iştirak edib. O, UEFA Çempionlar Liqasının və UEFA Konfrans Liqasının 1/8 finala vəsiqə uğrunda pley-off mərhələlərinin, UEFA Avropa Liqasının 1/8 final mərhələsinin iştirakçısı olub.

    VİDEO