“Qarabağ”ın hücumçusu Juninyo həftənin ən yaxşı ola bilər
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyən ediləcək SƏS VERİN!
UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
4 futbolçunun yer aldığı siyahıda “Qarabağ”ın hücumçusu Olavio Juninyo da var. Dünən braziliyalı “Bayer”lə qarşılaşmada bir qol vurub, həm də məhsuldar ötürmə edib və meydanda ən yaxşılardan biri olub.
Digər namizədlər
- “Roma”nın italiyalı yarımmüdafiəçisi Stefan El Şaaravi,
- “Marsel”in qabonlu hücumçusu Pyer-Emerik Obameyanq,
- “Liverpul”un uruqvaylı hücumçusu Darvin Nunesdir.
Qeyd edək ki, qalib BURADA, UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyən ediləcək.
Juninyoya səs verə bilərsiz.