XƏBƏRLƏR / İdman

Bu gün "Neftçi" "Kəpəz"in, "Qəbələ" "Sabah"ın qonağı olacaq

Azərbaycan Premyer Liqasında XXVI turun oyunları keçirilir

Bu gün "Neftçi" "Kəpəz"in, "Qəbələ" "Sabah"ın qonağı olacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha iki oyunu keçiriləcək.

    İlk qarşılaşma Tovuz şəhər stadionunda gerçəkləşəcək.

    Gəncə təmsilçisi "Kəpəz" "Neftçi" ilə üz-üzə gələcək. Bölgə klubu 26 xalla 9-cu, "ağ-qaralar" 36 xalla 4-cü pillədə qərarlaşıb.

    Günün ikinci matçında "Sabah" "Qəbələ"ni qəbul edəcək. Meydan sahibləri 36 xalla 6-cı yerdədir. 15 xala malik "Qəbələ" sonuncu sıradadır.

    Azərbaycan Premyer Liqası

    XXVI tur

    9 mart (şənbə)

    15:00. “Kəpəz” – “Neftçi”
    Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Nicat İsmayıllı
    Hakim-inspektor: Barış Şimşek
    AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
    Tovuz şəhər stadionu

    17:30. “Sabah” – “Qəbələ”
    Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Əli Əliyev
    Hakim-inspektor: Ramil Diniyev
    AFFA nümayəndəsi: Zümrüd Ağayeva
    “Bank Respublika Arena”

    Qeyd edək ki, daha əvvəl "Sumqayıt" səfərdə "Səbail"ə qalib gəlib. XXVI tura martın 10-da "Turan Tovuz" - "Araz-Naxçıvan" və "Qarabağ" - "Zirə" görüşləri ilə yekun vurulacaq.