XƏBƏRLƏR / İdman

Paris-2024: Azərbaycan badmintonçusu məğlub olub

İdmançı ilk oyunda He Bin Çzyao (Çin) ilə üz-üzə gəlib

Paris-2024: Azərbaycan badmintonçusu məğlub olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

    İdmançı qrup mərhələsindəki ilk oyununda He Bin Çzyao (Çin) ilə üz-üzə gəlib.

    Qarşılaşma təmsilçimizin məğlubiyyəti ilə bitib - 0:2 (8:21, 7:21)

    Keişa Fatimə Zəhra ikinci görüşünü iyulun 29-da keçirəcək.

    Qeyd edək ki, qrup mərhələsində yalnız birinci yeri tutan badmintonçu növbəti raunda adlayacaq. Paris-2024 avqustun 11-də başa çatacaq.