XƏBƏRLƏR / İdman

“Qarabağ” Bosniya millisinin qapıçısı ilə anlaşıb

Xorvatiya mətbuatı xəbər verir

“Qarabağ” Bosniya millisinin qapıçısı ilə anlaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bosniya və Herseqovina millisinin və Xorvatiyanın “Riyeka” komandasının qapıçısı Martin Zlomisliç “Qarabağ”a keçir.

    Xorvatiya mətbuatı xəbər verir ki, tərəflər arasında razılaşma əldə edilib, transfer yekunlaşmaq üzrədir.

    İddiaya görə, Xorvatiya klubu bu transferdən təxminən 500 min avro gəlir əldə edəcək. Qapıçının yaxın günlərdə “Qarabağ”la müqavilə imzalayacağı vurğulanıb.

    Qeyd edək ki, Martin Zlomisliçin yeni mövsümdə “Qarabağ”ın heyətində polşalı qapıçı Mateuş Koxalskini əvəzləyəcəyi gözlənilir.