XƏBƏRLƏR / İdman

Ermənistanın futbol klubunun London rüsvayçılığı

"Noah" komandası "Çelsi" klubuna 8:0 hesabı ilə uduzub

Ermənistanın futbol klubunun London rüsvayçılığı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • London “Çelsi”si Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunun matçında Ermənistan “Noah” klubunu darmadağın edib.

    Londonun "Stemford Bric" stadionunda keçirilən görüş 8:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

    Artıq birinci hissədə londonlular altı qol vurub. Müdafiəçi Tosin Adarabioyo 12-ci dəqiqədə, 18 yaşlı hücumçu Mark Giu 13-cü dəqiqədə, digər müdafiəçi Aksel Disasi isə 18-ci dəqiqədə fərqlənib. 39-cu dəqiqədə Mixail Mudrik, 21 və 41-ci dəqiqələrdə isə Joao Feliks dubla imza atıb. Yarımmüdafiəçi Kristofer Nkunku 69 və 76-cı dəqiqələrdə (penaltidən) daha iki qol vurub.

    Rüsvayçı məğlubiyyətdən sonra erməni komandası sosial şəbəkələrdə nikbin görünməyə çalışıb:

    "Londonda kədərli məğlubiyyət. Gəlin dərs götürək və irəli gedək. Bizə inandıqları və bizi dəstəklədikləri üçün azarkeşlərimizə təşəkkür edirik".

    Ermənistanın sosial şəbəkə istifadəçiləri bu paylaşımın altında kifayət qədər tikanlı və məsxərəli şərhlər yazıblar.