"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın "Bayer 04" klubunun qonağı olub.
Qurban Qurbanovun yetirmələri 5:1 hesabı ilə məğlub olub.
"Bayer 04"ün qollarını 5-ci dəqiqədə Florian Virts, 29 və 54-cü dəqiqələrdə Alexandro Qrimaldo, 35-ci dəqiqədə Viktor Bonifeys, 57-ci dəqiqədə Edmond Tapsoba, "Qarabağ"ın yeganə qolunu isə Toral Bayramov vurub.
"Bayer 04" xallarının sayını 9-a çatdırmaqla H qrupunda vahid lider olub. "Qarabağ" 6 xalla ikinci, "Molde" 3 xalla üçüncü sıradadır. Sonuncu yerdəki "Hakken"in isə xalı yoxdur. Azərbaycan təmsilçisi noyabrın 9-da IV turda Bakıda "Bayer 04"ü qəbul edəcək.
Qeyd edək ki, komandalar meydana aşağıdakı “11-lik”lə çıxıblar:
“Bayer”: 17. Matey Kovar, 6. Odilon Kassunu, 12. Edmond Tapsoba, 3. Ptero Hinkapye, 20. Alexandro Qrimaldo, 8. Robert Endrix (k), 34. Qranit Caka, 19. Natan Tella, 10. Florian Virts, 21. Amin Adli, 22. Viktor Bonifase
Baş məşqçi: Xabi Alonso
“Qarabağ”: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 8. Marko Yankoviç, 6. Julio Romao, 15 Leandro Andrade, 10. Abdullah Zubir (k), 27. Toral Bayramov, 18. Juninyo Olavio
Baş məşqçi: Qurban Qurbanov