XƏBƏRLƏR / İdman

Bu gün "Bayer"-"Qarabağ" matçı var

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Almaniyada "Bayer 04"ün qonağı olacaq

Bu gün "Bayer"-"Qarabağ" matçı var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

    Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Almaniyada "Bayer 04"ün qonağı olacaq.

    "Bay Arena"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

    Görüşü rumıniyalı Horatsiu Fesnikin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. H qrupunun digər matçında "Molde" Norveçdə İsveçin "Hakken" komandasını qəbul edəcək.

    UEFA Avropa Liqası, qrup mərhələsi

    III tur

    23:00. "Bayer 04" (Almaniya) - "Qarabağ" (Azərbaycan)

    Baş hakim: Horatsiu Fesnik (Rumıniya).

    Leverkuzen. "Bay Arena" 

    Qeyd edək ki, "Bayer 04" və "Qarabağ" əvvəlki iki oyunda qələbə qazanıblar və 1-2-ci yerləri bölüşdürürlər. Qrupdakı digər iki kollektivin isə xalı yoxdur.