XƏBƏRLƏR / İdman

“Real Madrid” UEFA Superkubokunun qalibi olub

Bununla da “Real Madrid” tarixində 6-cı dəfə UEFA Superkubokunu qazanıb

“Real Madrid” UEFA Superkubokunun qalibi olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • UEFA Superkuboku uğrunda keçirilən matçda İspaniyanın “Real Madrid” komandası ilə İtaliyanın “Atalanta”sı qarşılaşıb.

    Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada Madrid təmsilçisi rəqibini üstələməyi bacarıb – 2:0.

    Oyunun 59-cu dəqiqəsində Federiko Valverde hesabı açıb.

    Qarşılaşmanın 69-cu dəqiqəsində isə Killian Mbappe matçın yekun hesabını müəyyənləşdirib.

    Bununla da “Real Madrid” tarixində 6-cı dəfə UEFA Superkubokunu qazanıb.