“Qarabağ” evdə “Sumqayıt”ı məğlub edib
Oyun Misli Premyer Liqasının XXXIII turu çərçivəsində keçirilib

23:44
Misli Premyer Liqasının XXXIII turunda “Neftçi” "Kəpəz"lə heç-heçə edib.
“Neftçi Arena”da baş tutan matç 2:2 hesabı ilə yekunlaşıb.
Meydan sahiblərinin heyətində Aleks Fernandes (24-cü dəqiqə), Emin Mahmudov (90+6-cı dəqiqə) fərqlənib. Gəncə təmsilçisinin qollarını isə Luis Paçu (50-ci dəqiqə) və Camal Cəfərov (62-ci dəqiqə) rəqib qapısından keçirib.
Bu matçdan sonra xallarının sayını 29-a çatdıran “Kəpəz” 9-cu yerdə qərarlaşıb. “Neftçi” isə 37 xalla 6-cıdır.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" evdə "Turan Tovuz"a 1:0, “Qarabağ” isə “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəlib. “Araz-Naxçıvan” - “Sabah”, "Şamaxı" - "Səbail" qarşılaşmaları isə 1:1 hesabı ilə nəticələnib.
***
19:59
Misli Premyer Liqasının XXXIII turunda “Qarabağ” evdə “Sumqayıt”ı məğlub edib.
Meydan sahiblərinin heyətində Yassin Benzia (59) və Kadi Borqes (82) fərqlənib.
Ötən tur çempionluğu rəsmiləşdirən “Qarabağ” bu nəticədən sonra 80 xalla turnir cədvəlinə başçılıq edir. 8-ci yerdə olan “Sumqayıt”ın isə 30 xalı var.
XXXIII tura bu gün keçiriləcək “Neftçi” - “Kəpəz” matçı ilə yekun vurulacaq.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" evdə "Turan Tovuz"a qalib gəlib - 1:0. “Araz-Naxçıvan” - “Sabah”, "Şamaxı" - "Səbail" qarşılaşmaları isə 1:1 hesabı ilə nəticələnib.
***
09:10
Misli Premyer Liqasında bu gün XXXIII tura iki oyunla yekun vurulacaq.
Əvvəlcə “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək.
“Azərsun Arena”da baş tutacaq qarşılaşma saat 18:00-da start götürəcək.
Ötən tur çempionluğu rəsmiləşdirmiş “Qarabağ” hazırda 77 xalla turnir cədvəlinin ilk pilləsindədir. 8-ci yerdə olan “Sumqayıt”ın isə 30 xalı var.
Turun son matçı “Neftçi Arena”da “Neftçi” və “Kəpəz” komandaları arasında keçiriləcək. Rauf Cabarovun idarə edəcəyi görüş saat 20:00-da başlayacaq. “Neftçi” hazırda 36 xalla yeddinci pillədə qərarlaşıb.
Misli Premyer Liqası
IV dövrə, XXXIII tur
4 may
18:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Tofiq Bəhramov adına Respublika stadionu
20:00. “Neftçi” – “Kəpəz”
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Neftçi Arena”.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" evdə "Turan Tovuz"a qalib gəlib - 1:0. “Araz-Naxçıvan” - “Sabah”, "Şamaxı" - "Səbail" qarşılaşmaları isə 1:1 hesabı ilə nəticələnib.