XƏBƏRLƏR / İdman

AFFA "Traktor"u təbrik edib

Bununla bağlı AFFA-nın sosial media hesabında paylaşım edilib

AFFA "Traktor"u təbrik edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Təbriz təmilçisi "Traktor"u İran çempionatının qalibi olması münasibətilə təbrik edib.

    Bununla bağlı AFFA-nın sosial media hesabında paylaşım edilib.

    “Təbriklər, Traktor!”, - paylaşımda deyilir.

    Qeyd edək ki, Misli Premyer Liqasında çıxış edən klublarımız da Təbriz təmilçisi "Traktor"u İran çempionatını qazanması münasibətilə təbrik ediblər. "Neftçi", "Qarabağ", "Turan Tovuz", "Zirə", "Sumqayıt" və "Kəpəz" klubları bu barədə sosial media hesablarında paylaşım ediblər.

    Xatırladaq ki, Təbrizin “Traktor” klubu ilk dəfə İran çempionatının qalibi olub.