XƏBƏRLƏR / İdman

"Sabah"ın Çempionlar Liqasında ilk rəqibi məlum oldu

Bu gün Çempionlar Liqasının birinci təsnifat mərhələsinin püşkatması baş tutub

"Sabah"ın Çempionlar Liqasında ilk rəqibi məlum oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Sabah" Çempionlar Liqasında açılış rəqibini müəyyən edib.

    Çempionlar Liqasının birinci təsnifat mərhələsinin püşkatması bu gün baş tutub.

    Püşkatmadan əvvəl səbətdə yer alan Azərbaycanın "Sabah" komandası da açılış rəqibini müəyyən edib. Bakı komandası "The New Saints" (Uels) ilə qarşılaşacaq.

    "Bayquşlar" ilk oyununu evdə keçirəcəklər.

    Birinci turun oyunları 7/8 və 14/15 iyul tarixlərində keçiriləcək.