XƏBƏRLƏR / İdman

“Sabah” və “Zirə” bu gün cavab oyunlarını keçirəcək

Oyunlar Azərbaycanın Konfrans Liqasındakı təmsilçiləri III təsnifat mərhələsində keçirilir

“Sabah” və “Zirə” bu gün cavab oyunlarını keçirəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın Konfrans Liqasındakı təmsilçiləri “Sabah” və “Zirə” bu gün III təsnifat mərhələsinin cavab oyunlarını keçirəcək.

    "Sabah" Masazırda İrlandiyanın "Sent Patriks Atletik" klubunu qəbul edəcək.

    Görüş “Bank Respublika Arena” stadionunda Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq.

    Rəşad Sadıqovun komandası “Zirə” saat 20:30-da “Dalğa Arena”da Xorvatiya “Osijek”i ilə qarşılaşacaq.

    “Zirə” ilk oyunda Xorvatiya klubu ilə heç-heçə edib (1:1), “Sabah” isə İrlandiyada rəqibinə 0:1 hesabı ilə uduzub.