XƏBƏRLƏR / İdman

Bu gün "Qarabağ" "Olimpiya"nı qəbul edəcək

Səfərdəki ilk görüşdə Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlmişdi

Bu gün "Qarabağ" "Olimpiya"nı qəbul edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

    Qurban Qurbanovun baş məşqçi olduğu komanda pley-off mərhələsinin cavab matçında Sloveniya "Olimpiya"sını qəbul edəcək.

    Matçı ispaniyalı FIFA referisi Alexandro Ernandes idarə edəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlayacaq.

    Səfərdəki ilk görüşdə Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.