XƏBƏRLƏR / İdman

"Qarabağ"ın yeni qapıçısı"Dinamo" ilə oyunda iştirak edəcək

"Qarabağ" "Dinamo" ilə ilk matçını avqustun 20-də səfərd keçirəcək

"Qarabağ"ın yeni qapıçısı"Dinamo" ilə oyunda iştirak edəcək
Mateuş Koxalski
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Qarabağ" yeni qapıçısı Mateuş Koxalskini UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunları üçün iştirak ərizəsinə daxil edib.

    24 yaşlı qolkiper Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə görüşlərdə iştirak edə biləcək.

    "Köhlən atlar" avqustun 15-də polşalı oyunçu ilə 3+1 illik müqavilə imzalandığını açıqlayıb.

    Qeyd edək ki, "Qarabağ" "Dinamo" ilə ilk matçını avqustun 20-də səfərdə, cavab görüşünü isə 28-də Bakıda keçirəcək.