Premyer Liqa: "Zirə" "Kəpəz"ə qalib gəlib
Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb

23:00
Misli Premyer Liqasının XXIV turundan təxirə salınmış oyunda “Zirə” “Kəpəz”ə qalib gəlib.
Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə meydan sahibləri 2:0 hesablı qələbəyə sevinib.
Hesabı 62-ci dəqiqədə Rafael Utziq açıb. 90+2-ci dəqiqədə Rüstəm Əhmədzadə yekun hesabı müəyyənləşdirib.
“Zirə” hazırda turnir cədvəlində 45 xalla ikincidir. Doqquzuncu pillədə qərarlaşan “Kəpəz”in isə 19 xalı var.
Qeyd edək ki, turun əvvəlki görüşlərində “Araz-Naxçıvan” “Səbail”lə (0:0), “Qarabağ” “Sabah”la (1:1) heç-heçə edib.”Turan Tovuz” səfərdə “Şamaxı”nı, “Neftçi” isə “Sumqayıt”ı 1:0 hesabı ilə üstələyib.
***
14:34
Kəskin dəyişən hava şəraitinə görə bu günə təxirə salınmış Misli Premyer Liqasının XXIV turunun “Zirə” - “Kəpəz” matçının başlama saatı dəyişdirilib.
Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın saat 18:00-da start götürməsi qərara alınıb.
Qeyd edək ki, görüş saat 16:00-da başlamalı idi. Ötən gün gerçəkləşməli olan matç hava şəraitinə görə təxirə salınmışdı.