XƏBƏRLƏR / İdman

"Zirə" Estoniyada "Paide" klubuna 0:1 hesabı ilə uduzdu

Komandalar arasında cavab oyunu iyulun 30-da Sumqayıtda keçiriləcək

"Zirə" Estoniyada "Paide" klubuna 0:1 hesabı ilə uduzdu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 21:55
    "Zirə" matçın sonunda qol buraxaraq səfərdə Estoniyanın "Paida" klubuna 1:0 hesabı ilə məğlub olub.

    Meydan sahiblərinin heyətində qolu oyunun 87-ci dəqiqəsində Pa Abdu Çam vurub.
     
    ***

    11:03
    Bu gün Azərbaycanın "Zirə" komandası Avropa Futbol Konfransı Liqasının seçmə mərhələsinin ikinci turunun ilk oyununu keçirəcək.

    Rəşad Sadıqovun komandası səfərdə Estoniyanın "Paide" komandası ilə qarşılaşacaq.

    Saat 20:00

    PAYDE (Estoniya) - "Zirə" (Azərbaycan)

    Pärnu, Pärnu Rannastaadion. Hakim: Roman Jitari (Moldova).


    "Paide" (təxmini heyət): Ebrima Jarju, Nikita Baranov, Viktor Hugo, Edgar Tur, Pedro Andrade, Oskar Hõim, Modu Sohna, Martin Miller, Daniel Luts, Romet Nigula, Abdurahman Badamosi.
    Baş məşqçi: Tarmo Kink.


    "Zirə" (ehtimal olunan heyət): Aydın Bayramov, Qismət Aliev, Ruan Renato, Ange Mutsinzi, Amin Seydiyev, Brahim Konate, Guima, Vieirinha, Eren Aydın, Junior Martins, Davit Volkov.
    Baş məşqçi: Rəşad Sadıxov.

    Komandalar arasında cavab oyunu iyulun 30-da Sumqayıtda keçiriləcək.