
Fransa millisinin baş məşqçisi Didye Deşam hücumçu və kapitan Kilian Mbappenin Azərbaycanla dünənki oyunda yenidən topuğundan zədə aldığını açıqlayıb.
Məhz zədə səbəbindən hazırda "Real"ın futbolçusu olan Mbappe 83-cü dəqiqədə əvəzlənib.
"Bu, əvvəllər zədələndiyi ayağıdır. Biz vəziyyəti qiymətləndirəcəyik. Mbappe diskomfort yaşayır, bu yaxşı deyil", - deyə Deşam bildirib.